“Qəbələ”nin futbolçusu Klesio Bauk Mozambik milli komandasında növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın bu il heyətinə qaytardığı 29 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunda meydana çıxıb.

Bauk qrup mərhələsinin 1-ci turunun Misirlə görüşünün ikinci hissəsində oyuna daxil olub. Klesio 58-ci dəqiqədə vurduğu qolla komandasını hesabda önə çıxarıb – 2:1. Lakin rəqib komanda Məhəmməd Salahın 90+7-ci dəqiqədə vurduğu penalti zərbəsi ilə hesabı bərabərləşdirib – 2:2.

Bu, Baukun Mozambik millisində 50-ci matçı olub. O, yığmada 9-cu qoluna imza atıb.

Mozambik və Misir millilərinin yer aldığı B qrupunda Kabo-Verde ilə Qana yığmaları da mübarizə aparır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp