Plovdiv “Lokomotiv”inin futbolçusu Alfa Konte karyerasını Azərbaycanda davam etdirəcək.

Futbolinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı vingerin keçidi ilə bağlı klublar arasında danışıqlar yekunlaşıb. “Lokomotiv”in “in icraçı direktoru Pavel Kolev də açıqlamasında transferin həll olunduğunu təsdiqləyib.

“Neftçi” ilə bütün şərtləri razılaşdıran Syerra-Leone millisinin üzvünün bu həftə Bakıya gələrək, münasibətləri rəsmiləşdirməsi gözlənilir. Bolqarların bu keçiddən 300 min dollara yaxın qazanc əldə etdiyi vurğulanıb.

Qeyd edək ki, Alfa Konte “Lokomotiv”in heyətində 13 oyunda 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp