“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya çox güman ki, “Partizan”da da çox qalmayacaq.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiya klubu braziliyalı hücumçu üçün təkliflər almaqda davam edir. Bir müddət əvvəl “Beşiktaş”a təklif edilən, lakin Samet Aybabanın “bizim səviyyəmizə uyğun deyil” dediyi 24 yaşlı forvard hazırda “Fənərbağça” və Rusiya Premyer Liqasının bir neçə klubunun diqqət mərkəzindədir. “Fənər” son olaraq transfer üçün 6 milyon avro təklif edib.

Ancaq Saldanya özü karyerasını Türkiyədə deyil, Rusiyada davam etdirmək arzusundadır. “Partizan” isə onun transferindən minimum 10 milyon avroluq qazanc əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Mateus Saldanya 2022-23 mövsümünün ikinci yarısını “Neftçi”də keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp