Vaxtilə Azərbaycanda oynamış ukraynalı futbolçu Valentin Belkeviçin ölüm səbəbi açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Ukrayna “Dinamo”sunda onunla birlikdə çıxış etmiş Aleksandr Xatskeviç açıqlamasında depressiya və spirtli içkiyə meyilliliyin Belkeviçin 41 yaşında vəfatına yol açdığını bildirib.

50 yaşlı mütəxəssis bildirib ki, Kiyev klubunun aşağı yaş qrupunda məşqçi kimi çalışan Belkeviçin oradan ayrılması ölümünə səbəb olub: “Dinamo”nun U-21 komandasında birlikdə çalışdıq, sonra Belkeviç U-19-a rəhbərlik etdi və çempion oldu. Valentinin müqaviləsi bitəndə onu yeniləmədilər. Həmin vaxtdan həyatında eniş yaşandı, mən onu çuxurdan çıxara bilmədim. Klub prezidenti və onun qardaşı ilə əlaqə saxladım, amma vaxt çatmadı. Belkeviç elə duruma düşmüşdü ki, artıq oradan qayıtmaq istəmirdi. Depressiya, alkoqol və s. ölümə aparan yol oldu”.

Qeyd edək ki, Valentin Belkeviç 2008/2009 mövsümündə Azərbaycanda “İnter”in (indiki “Şamaxı”) formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp