“Barselona”nın baş məşqçisi Xavi Ernandes qış transfer pəncərəsində heyəti gücləndirməyə ümid etmədiyini bildirib. İspaniya nəhənginin çalışdırıcısı bu barədə “Real”la Superkubok matçından (1:4) sonra keçirilən mətbuat konfransında danışıb.

Futbolinfo.az xəbər verir ki, uğursuz nəticələrə səbəb axtaran Xavi deyib: “Yeni imzalar? Bu gündən etibarən klub heç kimlə müqavilə bağlaya bilməz. İndiki vəziyyət belədir”.

Komanda əzəli rəqibi ilə son bir il ərzindəki 4 qarşılaşmanın hamısında uduzmaqla tarixi antirekorda imza atıb. “Barselona ” son 70 ildə belə aqibətlə üzləşməmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp