İspaniya Superkubokunun finalında “Barselona”ya 4:1 hesabı ilə qalib gələn “Real”ın hər bir futbolçusu 150 min avro alacaq. Bu barədə “Football Espana” məlumat yayıb.

Madrid klubunun prezidenti Florentino Peres komanda və məşqçilər heyətini mükafatlandırmaq üçün 4 milyon avro ayırıb.

İspaniya Superkubokunun final oyununda “Real” “Barselona”ya qalib gəlib. Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp