MBA-da bu gecə 5 oyun keçirilib. “İndiana Peysers”in 3 oyunluq qələbə seriyası qırılıb. Komanda son çempion “Denver Naggets”ə məğlub olub. Yokiçin tripl-dablına bir asist çatmayıb. Serb basketbolçu 25 xal, 10 ribaund və 9 məhsuldar ötürmə ilə oynayıb.

“Miluoki Baks” overtaymda “Sakramneto Kinqs” üzərində qələbə qazanıb – 143:142. Yokiçin edə bilmədiyini Yannis Antetokumbo bacarıb. Yunan basketbolçu görüşü 27 xal, 10 ribaund və 10 asistlə tamamlayıb. Eyni fərdi uğura Sabonis də imza atıb. Lakin litvalı basketbolçunun tripl-dablı məğlubiyyətdən qurtulmağa imkan verməyib.

Qərb konfransının liderlərinin görüşündə “Minnesota Timbervulvs” “Los-Anceles Klippers”dən üstün olub. 109:105. “Mayami Hits” doğma meydançada “Şarlot Hornets”ə, “Finiks Sans” isə səfərdə “Portlend Treyl Bleyzers”ə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp