Keniyalı idmançı Aqnes Ngetiç İspaniyanın Valensiya  şəhərində təşkil edilən atletika yarışı zamanı 10 km məsafəyə qaçışda dünya rekordu vurub. O, əvvəlki nəticəni 28 saniyə yaxşılaşdırıb. Ngetiç 28 dəqiqə 46 saniyəlik nəticə  göstərməklə, məsafəni 29 dəqiqədən tez qət edən ilk qadın kimi tarixə düşüb.

Bundan əvvəlki rekord 27 fevral 2022-ci ildə İspaniyanın digər şəhəri Kastelyonda qeydə alınmışdı. Orada efiopiyalı Yalemzerf Yehalau məsafəni 29 dəqiqə 14 saniyəyə qət etmişdi. 2023-cü ilin sentyabrında Ngetiç Rumıniyanın Braşov şəhərində dünya rekordunu yeniləmişdi. Lakin stadion 25 metr qısa olduğuna görə nəticə nəzərə alınmamışdı.

Finiş xəttini Ngetiçdən sonra Emmakulate Akol keçib. Onun nəticəsi 28 dəqiqə 57 saniyəyə bərabər olub. Maraqlıdır ki, onun da nəticəsi əvvəlki dünya rekordunu üstələyib.

Shares: