La Liqada ilk dövrəyə yekun vurulub. Liqa rəhbərliyi mövsümün ilk hissəsinin rəmzi komandasını təqdim edib.
Siyahıda lider “Jirona”nın iki futbolçusu yer alır. Madrid “Real”ı və Bilbao “Atletik”i də eyni sayda futbolçu ilə təmsil olunub.
Maraqlıdır ki, autsayderlər zonasında qərarlaşan və La Liqanı tərk etməyə əsas namizədlərdən sayılan “Qranada” komandasının hücumçusu rəmzi komandaya düşüb: Unai Simon (Atletik) – Dieqo Riko (Xetafe), Deyli Blind (Jirona), Antonio Rudiger (Real), Joao Kanselo (Barselona) – İsko (Betis), Cud Bellingem (Real), Aleiş Qarsiya (Jirona) – Brayan Saraqosa (Qranada), Antuan Qrizmann (Atletiko), İnyaki Vilyams (Atletik).