Bu gün “The Best FİFA Football Awards” mükafatlandırılma mərasimi keçiriləcək. İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“The Best” mükafatı 2023-cü ilin ən yaxşılarına veriləcək. Mərasimdə 7 nominasiya üzrə mükafat təqdim olunacaq.
FİFA daha əvvəl səsvermənin final mərhələsi üçün namizədləri açıqlamışdı. Səsvermədə milli komandaların baş məşqçiləri, kapitanlar, jurnalistlər və azarkeşlər iştirak edib.
7 fərqli kateqoriyada finala qalan namizədlər aşağıdakılardır:
İlin ən yaxşı kişi futbolçusu
Erlinq Haaland – “Mançester Siti” (Norveç)
Kilian Mbappe – PSJ (Fransa)
Lionel Messi – “İnter Mayami” (Argentina)
İlin ən yaxşı qadın futbolçusu
Aitana Bonmati – “Barselona” (İspaniya)
Linda Kaysedo – “Real” (Kolumbiya) )
Cennifer Hermoso – “Tiqres” (İspaniya)
Puşkas Mükafatı
Xulio Ensiso – “Brayton” (Paraqvay)
Qilyermo Madruqa – “Botafoqo” (Braziliya)
Nuno Santos – “Sportinq” (Portuqaliya)
Kişilərdən ibarət komandalar üzrə ilin ən yaxşı məşqçisi
Xosep Qvardiola – “Mançester Siti” (İspaniya)
Simone İnzaqi – “İnter” (İtaliya)
Luçano Spalletti – İtaliya millisi (İtaliya)
Qadınlardan ibarət komandalar üzrə ilin qadın komandası məşqçisi
Conatan Giraldez – “Barselona” (İspaniya)
Emma Hayes – “Çelsi”(İngiltərə)
Sarina Vicmen – İngiltərənin qadınlardan ibarət millisi
İlin ən yaxşı kişi qapıçısı
Yasin Bunu – “Sevilya/”Əl-İttihad (Kanada)
Tibo Kurtua – “Real” (Belçika)
Ederson – “Mançester Siti” (Braziliya)
İlin ən yaxşı qadın qapıçısı
Makkenzie Arnold – “Vest Hem” (Avstraliya)
Katalina Koll – “Barselona” (İspaniya)
Meri Örps – “Mançester Yunayted” (İngiltərə)
Mükafat 2016-cı ildə təsis edilib. 2016, 2017-ci illərdə portuqaliyalı Kriştianu Ronaldu, 2018-ci ildə xorvatiyalı Luka Modriç, 2019 və 2022-ci illərdə Lionel Messi, 2020 və 2021-ci illərdə isə polşalı Robert Levandovski fərdi titula sahib çıxıblar.