Renato Sançeş iki klubda arzuolunmaz futbolçuya çevrilib. PSJ-nin “Romaya icarəyə verdiyi oyunçu ortada qalıb.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı portuqaliyalının İtaliya klubu ilə mövsümün sonunadək müqaviləsi var. Amma “canavarlar”ın baş məşqçisi xeyir görmədiyi həmyerliindən imtina edir. Lakin Fransa klubu da yarımmüdafiəçini qəbul etmir, müqavilənn bitdiyi günədək “Roma”da qalmasını istəyir.
PSJ uzunmüddətli müqaviləsi olan Renatonu yalnız birdəfəlik transfer etmək istəyən müştəri tapılacağı təqdirdə düşərgəsinə indi qəbul edəcək. Hələlik ona yeganə ciddi müştəri “Beşiktaş”dır. Lakin Türkiyə klubu da Sançeş üçün 10 milyon avro ödəmək niyyətində deyil, futbolçunu icarəyə götürməyə çalışır.