Cordan Hendersona yeni müştəri tapılıb. İngiltərə millisinin üzvü “Ayaks”la anlaşmağa çox yaxındır.
Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanındakı həyat tərznə uyğunlaşa bilmədiyi üçün “Əl İttifaq”dan ayrılmağa hazırlaşan 33 yaşlı yarımmüdafiəçiyə bir neçə ingilis klubumüştəri düşmüşdü. Son olaraq “Nyukasl” transferi bitirməyə çalışırdı. Lakin Henderson amsterdamlıların təklifinə daha ciddi yanaşır.
Maraqlıdır ki, Cordan hətta maaş endiriminə də razıdır. O, İngiltərədə yüksək vergi tələbləri üzündən Niderlandda çıxış etməyi məqsədəuyğun sayır. “Ayaks” ərəbləri razı sala bilsə, transfer tezliklə rəsmiləşəcək.