Renan Lodi də Səudiyyə Ərəbistanında oynayacaq. “Əl Hilal” 25 yaşlı braziliyalını heyətinə qatmağa yaxındır.

Futbolinfo.az xəbər verir ki, sol cinah müdafiəçisi üçün ərəblər 20 milyon avro təklif edib. Marsel “Olimpik”i 2028-ci ilin yayınadək müqaviləsi olan futbolçusunu bu qiymətə satmağa razıdır.

6 ay öncə Madrid “Atletiko”sundan 13 milyon avroya transfer edilən oyunçu özü də “Əl Hilal”a keçmək istəyir. Ona Avropada qazandığından daha yaxşı maaş təklif edilib. Lodi şəxsi müqaviləsinin detallarını razılaşdırdığından anlaşma yanvarda rəsmiləşməlidir.

Shares: