“Ştutqart” aparıcı oyunçusu Valdemar Antonla müqavilənin müddətini uzadıb. O, 2027-ci ilin yayınadək Bundesliqa klubunda çıxış edəcək.
Futbolinfo.az xəbər verir ki, “Hannover” yetirməsi 2020-ci ilin yayından indiki komandasındadır. Mərkəz müdafiəçisinin müqaviləsi bu mövsümün sonunda başa çatacaqdı.
Anton “Ştutqart”ın cari mövsümdə uğurlu çıxışında əsas rol oynayan oyunçulardandır. Bir neçə alman klubunun maraqlandığı 27 yaşlı futbolçu maaşının artırılması şərti ilə “Ştutqart”da qalmağı lazım bilib.