“Karvan” iki futbolçu ilə rəsmi müqavilə imzalayıb. Yevlaxlılar digər I Liqa klubu olan “Şamaxı”nın imtina etdiyi oyunçuları heyətinə cəlb edib.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Rövşən Şahmuradov və 24 yaşlı hücumçu Emil Qasımovla mövsümün sonunadək müqavilə bağlanılıb.

Hər iki futbolçunun Premyer Liqa təcrübəsi var. Onlar cari mövsümün ilk yarısını keçirdikləri “Şamaxı” ilə elitada oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp