Melburnda keçirilən “Böyük dəbilqə” seriyalı turnirdə 2-ci günün oyunları keçirilib. Kişi tennisçilərin mübarizəsində gözlənilməzliklər qeydə alınmayıb. Reytinq sıralamasında daha yüksək yerlərdə olan Hurkaç, Medvedev, Muzetti, Tsitsipas, Şelton, Korda və digərləri qalib gəliblər.

ABŞ-ni təmsil edən Korda qələbə üçün 5 set kortda olmaq məcburiyyətində qalıb. O öz millətindən olan çexiyalı Koprivanı məğlubiyyətə uğradıb.

Rusiyalı Daniil Medvedev ilk setdə məğlub olduqdan sonra üstünlüyü ələ alaraq hesabda önə keçməyi bacarıb. 4-cü setdə isə rəqibi Atman mübarizədən imtina edib. Amerikalı gənc tennisçi Ben Şelton təcrübəli ispaniyalı Bautista Aquta 3 setdə qalib gəlib.

Qadınların yarışında isə sensasiya baş verib. Marketa Vondrouşova ilk mərhələdə mübarizəni dayandırıb. O, Ukrayna tennisçisi Yastremskaya uduzub – 1:6, 2:6. Tunisli Ons Jaber Stradubtsevanı, Qauf isə Şmidlevanı 2 setdə məğlub edib. Analıq məzuniyyətindən sonra iştirak etdiyi ilk böyük turnir Naomi Osaka üçün uğursuz alınıb. Yaponiyalı tennisçi Karolin Qarsiyaya 4:6, 6:7 hesabıyla məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp