Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək.

Futbolinfo.az Azərbaycan Badminton Federasiyasına istinadən xəbər verir ki, “Azerbaijan International 2024” Bakı İdman Sarayında gerçəkləşəcək.

Turnir fevralın 8-11-də baş tutacaq. Yarışda dünyanın müxtəlif guşələrindən olan oyunçular öz bacarıqlarını kortda nümayiş etdirəcəklər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp