Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisini Fahrudin Omeroviç çalışdıracaq. Bosniya və Herseqovindan olan mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Türkiyədə bir çox klubda köməkçi məşqçi kimi fəaliyyət göstərən Omeroviç 2018-ci ilən “Konyaspor”da da bu vəzifədə çalışırdı. O, bu postda bir neçə gün öncə postundan ayrılmış Hakan Keleşi əvəz edib.