Bir “Milan” azarkeşi şəhərin digər komandası olan “İnter”in iki futbolçusunu məhkəməyə verib. Onlardan birinin Marko Arnautoviç olduğu dəqiqdir, digərinin isə adı açıqlanmır.

Futbolinfo.az İtaliya mətbuatına (Corriere del Veneto) istinadla xəbər verir ki, səbəb futbolçuların sözügedən şəxsə fiziki təzyiq göstərməsidir. İddiaya görə, hadisə yanvarın 6-dan 7-nə keçən gecə “Hollywood” gecə klubunda baş verib. Sözügedən məkan həmin gün “San Siro”da üz-üzə gələn “İnter” və “Verona” futbolçuları ilə dolu olub.

Zərəçəkənin iddiasına görə, o, səhərəyaxın ona gətirilən qəbzə uyğun olaraq hesabı ödəmək istəyib. Bunun üçün telefonunun fənərini yandırıb və bir anda təzyiqə məruz qalıb. Futbolçular fotolarının çəkildiyini düşünərək ona zorla bayıra çıxarıb, telefonunu alıb və kilidni açmağa zorlayıb. Arnautoviç və həmkarı yalnız telefonda fotolarının olmadığını gördükdən sonra sakitləşiblər. Əvəzində onu hədələyib təhqir ediblər.

Zərərçəkən hadisədən sonra polisə müraciət edib. Arnautoviçlə yanaşı hanı futbolçunun qalmaqal saldığını müəyyənləşdirmək üçün telefondakı barmaq izləri nümunə olaraq götürülüb. Ən maraqlısı həmin şəxsin bir həftə sonra həmin gecə klubuna buraxılmaması və polisə müraciətini geri almasının tələb edilməsidir. Məhz bu səbəbdən azarkeş işin məhkəməyə kimi uzanmasını lazım bilib. Araşdırma davam edir, qərar qarşıdakı günlərdə verilməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp