Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ikinci yoxlama oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistanın “Soqdiana” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

“Gənclik şəhəri” təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub – 0:3.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp