“Roma” baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Onunla birliklə bütün məşqçi heyəti ilə yollar ayrılıb.

“Roma” son olaraq dünən A Seriyasında “Milan”a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Mourinyo 2021-ci ilin may ayından “Roma”nı çalışdırırdı. Komanda hazırda A Seriyasında 29 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, 2021/2022 mövsümündə portuqaliyalı mütəxəssisin rəhbərliyi altında “Roma” Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə isə komanda Avropa Liqasının finalına yüksəlib.

Shares: