“Atletiko”nun heyətində İspaniya çempionu olan Xorxe Qriffa vəfat edib.

Futbolinfo.az Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sabiq müdafiəçi 89 yaşında vəfat edib.

Qriffa 1959-1969-cu illərdə “Atletiko”nun formasını geyinib. O, paytaxt klubunun heyətində 247 matçda meydana çıxıb və 6 qol vurub. O, 1966-cı ildə İspaniya çempionu olub.

Shares: