“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” futbolçusu Joao Vaskonselosla müqavilənin müddətini uzadıb.

Futbolinfo.az Portuqaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fevralda 19 yaşı tamam olacaq yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilə qədər nəzərdə tutulub.

“Braqa”nın yetirməsi olan oyunçu Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.

“Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.

Shares: