“Karvan” daha bir futbolçunun transferini həll edib. Mərkəz müdafiəçisi Xəyal Əmirli bundan sonra Yevlax klubunun şərəfini qoruyacaq.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Bu, I Liqa klubunun son günlər reallaşdırdığı 3-cü transferdir.

Xəyal 2023-cü ilin sentyabrından “Ağdaş”da forma geyinib. Əmirli daha öncə “Qəbələ”, “Zaqatala” və “Qaradağ Lökbatan” klublarının da şərəfini qoruyub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp