İspaniyanın “Mundo Deportivo” nəşri “Dakar” ralli marafonunun iştirakçılarının maliyyə xərcləri ilə bağlı məqalə dərc edib. Material müəllifinin qeyd etdiyi kimi, hər kəsin nüfuzlu yarışda iştirak etmək imkanı yoxdur.

Məqalədə yazıldığına əsasən, ən ucuz variantlardan biri motosikletlə “Dakar”da iştirak etməkdir. Motosikletin özünü təxminən 25-30 min avroya almaq və ya 20 min avroya icarəyə götürmək olar.

Bundan əlavə, sürücü yarış təşkilatçılarına 18 min avro (2024-cü ildə) üzvlük haqqı ödəməlidir. İştirakdan əvvəl məşq xərcləri və təkərlərin dəyişdirilməsi üçün də pul ödəməli olacaqsınız (hər bir təkər üçün təxminən 150 avro). Bu kateqoriyada yarışan idmançılar ümumilikdə 80 min avro xərcləyəcəklər.

“Dakar”da iştirak üçün digər ucuz variant “Dakar Classic” ola bilər, lakin onun marşrutunun fərqli olması iştirakçıları qaçırdır. “Dakar”a vəsiqə qazanmaq üçün digər beynəlxalq yarışlarda da iştirak etməlisiniz. Misal üçün, Mərakeş rallisində bir çıxışın qiyməti təxminən 9 min avroya başa gələcək.

Bundan əlavə, yarışın keçiriləcəyi yerə çatmaq üçün avadanlıq və aviabiletlərə pul xərcləri də yaddan çıxmamalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp