Avstraliyada keçirilən tennis turnirinin 3-cü günü geridə qalıb. Kişilərin yarışı hələlik sensasiyasız davam edir. Daha yüksək reytinqə malik idmançılar bu dəfə də üstünlüklərini nümayiş etdiriblər.

Turnirin 2 nömrəli tennisçisi Karlos Alkaras Rişar Qaskeni məğlub edib. Veteran idmançı yalnız ilk setdə ispan tennisçiyə müqavimət göstərib. Tay-brekə qədər davam edən seti qazandıqdan sonra, Alkaras çətinliklə üzləşməyib. İkinci setdə hesab 6:1, 3-də isə 6:2 olub.

Almaniyalı Aleksandr Zverev həmyerlisi Kopferi 4 setdə məğlub edib. Eyni ssenari ilə keçən görüşdə Qriqor Dimitrov Fuksoviçdən üstün olub. Holger Rune yapon tennisçi Nişiokanı məğlubiyyətə uğradıb.

Qadınların mübarizəsində ən maraqlı oyunlardan biri Rıbakina ilə Plişkova arasında olub. Çempionluğa əsas namizəd sayılan qazaxıstanlı idmançısı ilk seti tay-brekdə qazanıb. İkinci setdə isə Rıbakina bir breyklə qalib gəlib. Digər oyunlara nəzər yetirdikdə Emma Radukanu, Viktoriya Azarenka , İqa Şvyontek və Yelena Ostapenkanın qələbələrini qeyd etmək olar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp