“Fatih Karagümrük” klubu heyətini yeni qapıçı ilə gücləndirib. Türkiyə təmsilçisi Salvatore Siriqunu transfer edib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 37 yaşlı qapıçı ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Daha əvvəl Fransada PSJ, İspaniyada “Sevilya”, İtaliyada “Torino”, “Cenoa”, “Napoli” kimi klublarda forma geyinən Siriqunun son ünvanı Fransa “Nitsa”sı olub. Sentyabrdan azad agent olan qolkiper ilk dəfə qardaş ölkədə çıxış edəcək.