“Mançester Yunayted” daha bir futbolçusunu icarəyə göndərib. Alvaro Fernandes mövsümün qalan hissəsini “Benfika”da keçirəcək.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı sol cinah müdafiəçisi matçların 50 faizində oynarsa, birdəfəlik Lissabon klubunun oyunçusu olacaq, onun üçün 6 milyon avro ödəniləcək. Amma İngiltərə təmsilçisi istərsə, onu geri almaq hüququna makilkdir. Anlaşmanın şərtinə görə, “Benfika” futbolçunu transfer edərsə, gələcəkdə onun başqa kluba satışından da mançesterlilərə müəyyən faiz ödəyəcək.
Alvaro 2020-ci ildən “Mançester Yunayted”dədir. O, öncə bir il “Preston”da icarədə olub. Fernandes son 6 ayı isə eyni qaydada “Qranada”da keçirib.