BMF titulunun sahibi Castin Getji və UFC çempionu Maks Holluey bu ilin ən böyük döyüşlərinin birində üz-üzə gələcəklər. Bu barədə qurumun rəsmi mətbuat xidməti məlumat verib.
UFC-nin prezidenti Dana Vayt döyüşün aprelin 13-də keçiriləcəyini elan edib.
Xatırladaq ki, Getji son döyüşündə Dastin Poryeni nokautla məğlub etmişdi. Bununla da o, 2018-ci ilin revanşını almışdı.
Orta yüngül çəki dərəcəsində çıxış edən Maks Holluey karyerası ərzində 31 döyüş keçirib. Onlardan 25-də qalib gəlib, 7-də isə məğlub olub. Getjinin göstəriciləri 25 qələbə və 4 məğlubiyyətə bərabərdir.