Qış fasiləsində “Neftçi”dən ayrılan Adrian Mutunun yeni komandası müəyyənləşmək üzrədir.

Futbolinfo.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, 44 yaşlı mütəxəssis ölkəsində fəaliyyətini davam etdirəcək.

Həm ölkə daxilindən, həm də xaricindən təkliflər aldığını bildirən Mutu ÇFR-in “sükanı arxasına” keçməyə yaxın olduğunu gizlətməyib: “ÇFR məni maraqlandıran, çempionluq əldə edən komandadır. Ola bilsin ki, onlar mənim keyfiyyətlərimə dəyər verirlər. Həmçinin mən də oradakı futbolçuların keyfiyyətini dəyərləndirirəm. İnanıram ki, orada uğurlu ola bilərəm. Titul uğrunda mübarizə aparmaq istəyən məşqçiyəm”.

Mutu yay fasiləsində “Neftçi” ilə anlaşsa da, ötən ay komandadan ayrılıb: “Həm böyük, həm də kiçik komandada çalışmışam. “Neftçi”də çox şey öyrənmişəm. Orada fərqli mədəniyyətə malik futbolçularla dialoq qurdum”.

Shares: