Yunanıstan kubokunda 1/8 finalın cavab oyunları keçirilir. Bu mərhələdə “Panatinaikos” əzəli rəqibi “Olimpiakos”un qonağı olub.

Matçın əsas vaxtında qol vurulmayıb. İlk oyunda 1:1 hesabı qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Burada da hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. Penaltilərdə “Panatinaikos” rəqibini 7:6 hesabı ilə üstələyərək 1/4 finala yüksəlib.

Bu, türkiyəli Fatih Terimin Yunanıstanda ilk derbi qələbəsi olub. Onun yaxınlarda baş məşqçi təyin olunduğu “Panatinaikos”un çempionatd da işləri yaxşı gedir.

Shares: