Minifutbol üzrə Azərbaycan çempionatında 6-cı tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.
Lider “Zirə” ardıcıl 6-cı qələbəsini qazanıb. Adıçəkilən komanda bu dəfə “Qalaxy Bakı”nı məğlub edib. “Zirə”nin ən yaxın izləyicisi olan “Birbaşa Bakı” isə “Aznur”u üstələyib.
“Abşeron” – “Dirçəliş” 3:3
“Birbaşa Bakı” – “Aznur” 5:2
“Veteran” – “İnter” 0:4
“Zirə” – “Qalaxy Bakı” 6:2
“Zirə” 18 xalla turnir cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyicisi “Birbaşa Bakı”nın hesabında 15 xal var.