Artıq gələn həftə Madrid qran-prisinin keçirilməsi rəsmiləşə bilər. Bununla bağlı İspaniyanın “Marca” nəşri müqavilənin imzalandığını yazaraq bəzi detalları da yaymağa başlayıb.

Digər mənbələr trasda yarışın 2026-cı ildə keçiriləcəyini yazsa da, “Marca” qran-prinin bir il gec ola biləcəyini də qeyd edir.

İspaniya paytaxtı ilə Formula 1 rəhbərliyi arasındakı anlaşma 10 illiyinə nəzərdə tutulub. İspanlar hər il bu yarışdan 400 milyon avro qazana biləcəklərinə ümid edirlər. Onu da bildirək ki, yarışın keçirilməsi üçün dövlət büdcəsindən pul ayrılmayacaq.

Qəzet trassın konfiqurasiyasını də təqdim edib. Lakin final variantın yanvarın 23-də təqdimat zamanı məlum olacağını da əlavə edib. Təqdimat mərasimində Madrid Muxtar Cəmiyyətinin rəhbəri İzabel Dias Ayuso, şəhər meri Xose Luis Martines Almeyda və Formula 1-in prezidenti Stefano Domenikalinin iştirak etməsi gözlənilir.

Shares: