Türkiyənin “Beşiktaş” klubu heyətdən kənarlaşdırdığı futbolçusu Valanten Rozyeni icarəyə verib.

Futbolinfo.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa “Nitsa”sında çıxış edəcək.

Onun maaşını Liqa 1 təmsilçisi ödəyəcək. Klub həmçinin Rozyeni birdəfəlik almaq hüququna malik olacaq.

“Beşiktaş” ötən ilin dekabrında Valanten Rozyeni əsas heyətdən kənarlaşdırmışdı.

Shares: