Cordan Hendersonun “Ayaks”a keçidi rəsmiləşir. Səudiyyə Ərəbistanına uyğunlaşa bilməyən oyunçu qərarını verib.

Futbolnfo.az xəbər verir ki, “Əl İttifaq”dan ayrılan yarımmüdafiəçi Amsterdam klubu ilə 2,5 illik müqaviləni razılaşdırıb. 2026-cı ilin yayınadək Niderlandda oynayacaq oyunçu bu həftə yeni komandasına qoşulacaq.

Vergilərin çoxluğuna görə İngiltərəyə qayıtmaqdan imtina edən təcrübəli futbolçu “Ayaks”da daha az maaşa oynamağa razılaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp