Takefusa Kubo da Səudiyyə Ərəbistanına yollana bilər. Yaoniya millisinin üzvünə “Əl Nəsr” elçi düşüb.
Futbolinfo.az xəbər verir ki, “Real Sosyedad” 60 mlyon avro qarşılığında futbolçusunu buraxmağa razıdır. Transfer baş tutsa, məbləğin 50 faizi “Real”a qismət olacaq. Madridlilər oyunçunu san-sebastyanlılara satarkən müqavləyə bu barədə bənd salıb.
22 yaşlı yarımmüdafiəçi 2019-ci uldə “Real”a transfer olunub. İcarə əsasında “Malyorka, “Vilyarreal” və “Xetafe”də çıxış etmiş futbolçu 2022-ci ilin yayında satıldığı “Real Sosyedad”la 5 illik müqavilə bağlamışdı. Madridlilər o zaman oyunçuya 6,5 milyon avro almış, gələcək satışdan 50 faiz pay götürməyə razılaşmışdı.