“Yuventus” Moyze Kini satmağa qəti qərar verib. Turinlilər işi məhz bu qış bitirmək istəyir.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Maksimiliano Alleqri heyətə düşməkdə çətinlik çəkən 23 yaşlı forvardın satışından əldə ediləcək gəlirlə digər mövqelərin gücləndirilməsini istəyir. Klub rəhbərliyi də bu üzdən klubun yetirməsini başqalarına təklif edir.

Vaxtilə PSJ-də icarədə olan, daha sonra “Everton”a satılan və geri alınan hücumçunun müqaviləsi gələn ilin yayında başa çatacaq. “Yuventus” onunla müqaviləni yeniləmək niyyətində deyil. Bir sıra İtaliya klubu Kini istəsə də, 20 milyon avro tələbi üzündən geri çəkilib.

Moyze özü də istənmədiyi yerdə qalmaq niyyətində deyil. Amma o, A Seriyası ilə birdəfəlik vidalaşmaq istəyir. Hələlik ən real müştəri kimi “Atletiko” favoritdir. Lakin madridlilər də onu heyətinə qatmaq üçün hücumçularından biri ilə vidalaşmalıdır.

Danışıqlar davam edir. Yanvarda mümkün olmasa, klublar mövsüm bitdikdən sonra bir daha bu məsələyə qayıdacaq.

Shares: