“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu komanda 18-ci turda “Famalikan”ın qonağı olub.
Qarşılaşma qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
“Braqa” bu qələbə sayəsində xallarını 36-ya çatdırıb və 4-cü pillədə qərarlaşıb.
“Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.