Qonsalo Quedeş tezliklə “Vilyarreal”a keçə bilər. “Benfika” 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləni ləğv etməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, “Vulverhempton”la 2027-ci ilin yayınadək müqaviləsi olan portuqaliyalı Lissabon klubunda mövsümün sonunadək icarədə olmalı idi. Amma “Benfika” onun çıxışından məmnun olmadığı üçün yolları indi ayırmağa qərar verib. Bu imkanı qaçırmayan “Vilyarreal” Quedeşi İspaniyaya qaytarmağa çalışır.

Vaxtilə “Valensiya”da 5 mövsüm keçirən Quedeş 2022-ci ilin yayında ingilislərə 33 milyon avroya satılmışdı. “Vulverhempton”un onu icarəyə verəcəyi, yoxsa birdəfəlik satacağı bəlli deyil.

Shares: