MBA-da bu gecə 5 oyun keçirilib. Əsas yaddaqalan məqamlardan biri Ceylon Bransonun məhsuldarlıq nümayiş etdirməsidir. “Nyu-York Niks” komandasının pleymeykeri “Vaşinqton Vizards”la qarşılaşmada 41 xal toplayıb. Komandası isə 113:109 hesabı ilə qələbə qazanıb.

“Toronto Reptors”un forvardı Skotti Barns gecəni 31 xalla tamamlayıb. Lakin bu məhsuldarlıq komandasının qələbə qazanmasına kömək etməyib. “Çikaqo Buls” Kanada səfərində 116:110 hesabı ilə qalib gəlib.

Ən məhsuldar oyunlardan biri ABŞ-nin şimal-qərbində baş verib. “Yuta Caz” doğma arenada “Oklahoma-Siti Tander”ə 129:134 hesabı ilə məğlub olub.

Qərb konfransının lideri “Timbervulvs” evdə “Memfis Qrizliz” üzərində qələbə qazanıb. İndiana komandası “Sakramento Kinqs”dən üstün olub.

Shares: