Vinisius Junior Madrid “Real”ını tərk edə bilər. Gənc forvard Kilian Mbappenin komandaya gəlişinin əleyhinədir.

Məlumata görə, fransız futbolçunun transferi gerçəkləşdirdiyi təqdirdə, Vinisius komandanı tərk edəcək. Bu mövsüm braziliyalı futbolçu “Real”ın heyətində 17 oyunda 9 qol vurub. Onun madridlilərlə sözləşməsi 2027-ci ilin yayında bitir. Forvardın bazar qiyməti təqribən 150 milyon avroya bərabərdir.

Son günlər yayılan məlumata görə, “Mançester Yunayted” fürsətdən istifadə edib Vinisiusu transfer edə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp