Tanınmış ispan pilot Karlos Sayns “Dakar” ralisində yolsuzluq avtomobilləri kateqoriyasında çempion olub. Bu, onun karyerasında 4-cü tituludur.
Karlos son mərhələni uğurla keçməklə qələbəni təmin edib. Onun rəqiblərlə son mərhələdən əvvəl ciddi fərqi var idi. Karlos Sayns Giyom de Meviusu saat yarım qabaqlayırdı.
Xatırladaq ki, Sayns bundan əvvəl 2010, 2018 və 2020-ci illərdə “Dakar” avtomarafonunun qalibi olub. Hazırda Karlosun 61 yaşı var. Məlum olduğu kimi, onun oğlu Formula 1-də çıxış edir.
Motosikletçilərin mübarizəsində isə Riki Brabek rallinin qalibi olub.