“Əl-İttifaq” baş məşqçisi Stiven Cerrardla müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, tərəflər arasında 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulmuş yeni müqavilə imzalanıb.

İngiltərəli mütəxəssisin əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırır. Onun komandası 19 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir.

Shares: