“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” daha bir futbolçusu ilə yolları ayırıb.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, Migel Fale Portuqaliya təmsilçisini tərk edib.

O, ölkənin 2-ci Liqa təmsilçisi “Mafra”ya keçib.

Xatırladaq ki, daha əvvəl “Braqa” Andre Kastro ilə yolları ayırmışdı.

“Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

Shares: