“Yuventus”un yarımmüdafiəçisi Filippo Ranokkya “Palermo”ya keçib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “çəhrayı-qaralar” futbolçu üçün 4 milyon avro xərcləyib.
Ranokkya 2028-ci ilin 30 iyununa qədər “Palermo”ya məxsus olacaq.
22 yaşlı futbolçu cari mövsümün ilk hissəsini icarə əsasında “Empoli”də keçirib.