Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kasımpaşa” ilə qarşılaşıb və 0:3 hesabıyla uduzub.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.

“Hatayspor” 21 turdan sonra 21 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Shares: