“Səbail” PFK qış transfer dönəmində növbəti futbolçunun keçidini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, sözügedən klub Madi Ketanın ardından keniyalı futbolçu Ayub Masika ilə mövsümün sonuna qədər müqavilə imzlayıb.
Son olaraq, Çinin 2-ci liqa klubu “Nanjinq Siti”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Genk”, “Lierse”, “Beinjing Renhe”, “Ridinq”, “Vissel Kobe”, “Buriram Yunayted” klublarının şərəfini qoruyub.
Keniya millisinin üzvü olan Masika 28 qarşılaşmada 4 qola imza atıb.