Maks Ferstappen uşaqlıqdan PSV komandasının azarkeşi olduğunu bildirib. Üçqat dünya çempionu bunun nədən qaynaqlandığını izah edib.
“Hər şey atamdan başlayıb. Bir vaxtlar ona “Philips” şirkəti sponosrluq edirdi. Əməkdaşlıq çərçivəsində onu tez-tez PSV-nin ev oyunlarına dəvət edirdilər. Atam da gedəndə məni özüylə götürürdü. Tədricən bu komandaya bağlılıq əmələ gəldi. Emosional cəhətdən PSV mənə “Ayaks”la müqayisədə daha çox uyğun gəlir. Amsterdam Eyndhovendən fərqlidir.
Heç bir futbolçu ilə yaxın münasibətim yoxdur. Özümü futbolçu da hiss etmirəm. Doğrudur, hərdən topla oynaya bilərəm. Futbol oyunlarına baxmaqdan daha çox zövq alıram. PSV-nin oyunlarını imkan daxilində izləməyə çalışıram”, – deyə niderlandlı pilot bildirib.