Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi İranda çalışa bilər.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis “Persepolis”in maraq dairəsinə düşüb.

Adıçəkilən klubun baş məşqçi postuna iki namizəddən biri məhz de Byazidir. Onun rəqibi isə portuqaliyalı Xose Vitor dos Santos Peseyro hesab olunur. 63 yaşlı Peseyro hazırda Nigeriya millisinə rəhbərlik edir. O, 2003-04 mövsümündə “Real”da Karluş Keyruşun köməkçisi olub.

“Persepolis” bu ayın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədi ilə yollarını ayırıb və bu vəzifəyə namizəd məşqçilərlə danışıq aparır.

Qeyd edək ki, 67 yaşlı Canni de Byazi ötən ilin noyabrında millimizdən ayrılıb.

Shares: