Antoni Marsial “Mançester Yunayted”dən ayrılmaq istəmir. İngiltərə klubu təcrübəli hücumçunu satmağa çalışsa da, Fransa millisinin üzvü yayadək qalmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi forvardı hazırlığının yetərli olmaması səbəbi ilə əsas komandadan uzaqlaşdırıb. Onun yayda azad agent kimi getməməsi üçün indi satılmasına çalışırlar. Amma potensial müştərilərin heç biri Marsiala indi qazandığı maaşı vermədiyi üçün o, yayadək qalmaqda qərarlıdır. Həm də mövsüm bitdikdən sonra transferinə pul xərclənmədiyi üçün futbolçu, yeni klubundan daha çox maaş tələb edə biləcək.

Marsialın meneceri Filipp Lamboli də futbolçunun Mançesterdə qalacağını deyir: “Antoni klubdan ayrılmayacaq. Sözləşməsi iyunda bitir və qış transfer pəncərəsində iş yerini dəyişmək niyyətində deyil. Haqqında yazılanlar tamamilə yanlışdır. Baş məşqçi də ondan razıdır və əsas heyətdən kənarlaşdırılması ilə bağlı yazılanlar yalandır”.

Xatırladaq ki, 28 yaşlı oyunçu 2015-ci ildən “Mançester Yunayted”dədir. O, yalnız 2022-ci ilin ilk 6 ayını “Sevilya”d icarədə keçirib.

Shares: